Chip.az bildirir ki, Meitu MP1801 adlanacaq yeni telefon, 5 kamera, Android 9 və müxtəlif rəng seçimləri ilə təqdim ediləcək.
Meitu MP1801, 6.21 düyümlük və 2248x1080 ölçülərinə sahip OLED ekrana malikdir. Prosessoru 8 GB RAM və 128 GB və ya 256 GB yaddaş imkanları ilə təchiz olunub.
Cihazın digər maraqlı xüsusiyyəti isə kameralardır. Telefonun arxa hissəsinə 12 MP + 20 MP + 8 MP ölçülərində 3 kamera və ön hissəsinə isə 12 MP + 8 MP ölçülərində 2 kamera yerləşdirilib. Cihaz barmaq izini də oxuya bilən, Android 9 Pie ilə birlikdə istehsal olunacaq . Əlavə olaraq telefonda sürətli enerji yığmağı dəstəyən 3.400 mAh batareya mövcuddur.
Meitu, parlaq rənglərə üstünlük verən bir şirkət kimi daim istifadəçilərin zövqünə oxşayır. Beləki, MP1801, 176 x 75 x 10.55 mm ölçülərində , 207 q ağırlığında qırmızı, ağ, yaşıl, çəhrayı, mavi və narıncı rənglərdə istehsal olunacaq.
Qeyd edək ki, Meitu MP1801-in texniki xüsusiyyətləri Çin telekommunikasiya saytı TENAA-da nümayiş etdirilir.
Baba-zadə Sevinc