Chip.az bildirir ki, tezliklə Siri-dən internetsiz istifadə etmək mümkün olacaq.
Hələ hazırlıq mərhələsində olan yeni funksiya Siri-yə internetə qoşulmadan bir sıra mühüm əmrləri yerinə yetirməyə icazə verəcək.
Beləki, internet bağlantısı kəsilsə belə, Apple-ın səsli köməkçisi istifadəçilərə fasiləsiz xidmət etməyə davam edəcək. Hazırda yeni funksiyanın nə vaxt və hansı modellər üçün istifadəyə buraxılacağı haqqında rəsmi məlumat yoxdur.