CGİ nədir və ondan necə istifadə olunur? (Filmlərə inanılmaz təsiri)

  • 16 Noyabr 2018
  • 161

Məsələn,  artıq döyüş , fantastik məxluqlar, qeyri - adi bacarıqlara sahib olan qəhrəmanlar , hələ heç kimsəyə bəlli olmayan xəyalı dünyaların əks olunduğu filmlər, izləyicilər tərəfindən daha böyük maraqla qarşılanır. Sizin ortalama 2-3 saat ərzində izləyib, bitirdiyiniz film və animasiyaların hazırlanmasına aylar, bəzən isə illər lazım olur. Bu heçdə çəkilişlərin uzun vaxt aparması ilə əlaqəli deyil. Bunun səbəbi bu tip film və animasiyaların hazırlanmasında CGİ texnologiyasının istifadə edilməsidir.

Bəs CGİ nədir və ondan necə istifadə olunur?

Chip.az bildirir ki, CGİ (Computer generated imagery) texnologiyası son vaxtlar rejisorların ən sevimli proramıdır. Əlbəttə bu təkcə film çəkilişlərində istifadə olunmur. Hərfi tərcümədə “kompüterdə yaradılmış görüntülər” adlandırılan funksiya,  video oyunların hazırlanmasında, televiziya proqramları, reklam və qısametrajlı filmlərin çəkilişində müxtəlif effektlər yaratmağa köməklik göstərən qrafik  kompüter tətbiqidir. Yaşıl xromokeydən daha çox xüsusi effektlər yaratmağa imkan verərən və bu əməliyyatları kompüterdə gərçəkləşdirməyi bacaran CGİ, 3D görüntü əldə etmək üçün də istifadə olunur. Bunun üçün aktyor və əşyalar üçün xüsusi geyimlər hazırlanır, çəkiliş ərazisi kompüterdə effekt yaratmağa imkan verəcək ötürücülərlə əhatə olunur. Beləliklə kiçik lampa və ya düyməyə bənzəyən bu ötürücülər daha sonra xəyal gücünün hüdudlarından belə kənarda inanılmaz  görüntüyə çevrilir.

Əgər bu sistem olmasaydı indi finala hazırlaşan Game of Thrones serialının nəinki ilk bölümü ekranlaşmamışdı , hətta adicə qəsrin tikintisi yekunlaşmamaqla yanaşı bütün çəkiliş heyyəti əjdaha axtarışına çıxmışdı. Spidermanın uçması , Avatarın mavi görünüşü, Transformerlərin savaşı və s. məhz bu texnologiya ilə reallaşdırılıb.

Film çəkilişlərində böyük rol oynayan təsvir yaratma texnologiyası büdcəyə olduğundan daha çox xeyir versə də mənfi cəhətləri də var. Bu imkandan filmdə çox istifadə etdikcə onun  ekranlarda yayımlanma müddəti də bir o qədər gecikir. Hətta bu günlərdə Ceyms Cameron, növbəti Avatar filminin çəkilişlərinin sona çatdığını elan edib. Lakin, filmin premyerasının 2020-ci ilin dekabr ayının 18-də yayımlanması planlaşdırılır. O, filmdə məhz CGİ efektlərinin çox olması səbəbindən filmin gecikdiyini bildirib.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Epic game Steam-ə qarşı mübarizəyə son sürətlə davam edir

Son aylarda ən yaxşı oyun planforması hesab edilən Steam-ə qarşı yönəlmiş bu mübarizənin önündə Epic Games dayanır.

Chip.az

Leon King geri qayıdır

1994-ci ildən izləyicilər tərəfindən sevilən  Aslan Kral, aldığı bir çox mükafatlarla hələ də tarixin ən yaxşı cizgi filmlərdən  biri kimi yaddaşlarda qal

Mövzusu hazırda bəlli olmayan növbəti Marvel filmi ekranlaşdırılacaq

Chip.az bildirir ki, Avstraliyanın İncəsənət və Əlaqə naziri Mitch Fifield və New South Wales İncəsənət naziri Don Harwin

Super Mario Bros oyunu 100.150 dollara satıldı

Kolleksiya təşkil edən məhsulların ən vacib özəlliyi məhsulun ilk gündəki kimi, yəni olduğu kimi qalmasıdır. Super Mario Bros kimi bir NES əfsanəsinə sahibsiniz

Transformers-in yeni bölümü Netflix-də yayımlanacaq

Məlum olduğu kimi, Transformers ilk yayımlandığı ildən ən çox izlənilənlər sırasında birinci yerdə idi. Həmçinin, keçən il Transformers seriyasının altıncı b