Chip.az bildirir ki, növbəti səsli xidmət Huawei tərəfindən istifadəyə veriləcək.
Süni intellekt inkişaf etdikcə şirkətlər öz imkanlarını artırmaq istiqamətində yeniliklər edirlər. Bunlardan biri də səsli köməkçilərdir. Apple-nin Sirri-i, Google-nin Google Assistant-ı və Amazon-nun Alexa kimi xidmətlərinin yeni rəqibinin adı isə Xiaoyi-dir
Xiaoyi adı verilən səsli köməkçinin özəllikləri Google Assistant-dan götürülüb. Huawei-nin istehlakçı şöbəsinin icraçı direktoru Richard Yu buna açıqlıq gətirərək bildirib: "Google-lə əməkdaşlığımızın olması səbəbindən Google Asistantın süni intellekt bazasından istifadə edirik. Biz həmçinin öz süni zəkamızında üstündə işləyərək onu nəinki Çində hətta xarici ölkələrə təqdim etməyi hədəfləyirik. Lakin, süni intellekt xidmətlərini qurmaq üçün bizə daha çox vaxt lazımdır.”