Chip.az bildirir ki, yeni yaradılacaq imkanlardan biri də xəritə üzərindən mesajlaşmanı mümkün edəcək.
Tezliklə Google Maps istifadəçiləri bu tətbiq vasitəsilə birbaşa əlaqə qura biləcəklər.
Bunun üçün yalnız mesajlaşmağa imkan yaradan proqramı Google Map-a əlavə etmək lazımdır. Bu da istifadəçilər arasında son dərəcə sürətli ünsiyyət yaratmağı təmin edəcək. Hətta onlar keçmiş mesajları yenidən oxuya biləcəkər.
Bu tətbiqdən həm iOS, həm də Android istifadəçiləri yararlana biləcək. Google, ilk hansı ölkənin noviqatorunda bunu tətbiq edəcəyini bildirməsə də bütün ölkələr üçün istifayə açıq olacağını vurğulayıb.
Baba-zadə Sevinc