Chip.az bildirir ki, bu problemi aradan qaldırmaq üçün İnstagram yeni funksiya üzərində işləyir. Beləki, İnstagram-da keçirdiyiniz zamanı izləyə və idarə edə biləcəksiniz.
Yeni tətbiq istifadəçiyə İnstagram-da keçirdiyi zaman xatırladaraq, bu zamanı mümkün qədər azaltmağı hədəfləyir. Bu gün ərzində İnstagram-da 1 saatdan çox vaxt keçirtmək istəməyən istifadəçilər üçün əlverişlidir.
Əlbəttə ki, bu xatırlatma sizin sosial mediadan istifadənizi məhdudlaşdıracaq formada deyil. Yəni proqram sizi birdən – birə hesabdan çıxartmayacaq. Sadəcə internetdə olarkən zamanıın necə keçdiyini hiss etməyinizə və onu idarə etməyinizə , bir növ ondan asılı olmamağınıza köməklik göstərəcək. Yeni tətbiq sadəcə xatırlatma etməkdən ibarətdir. İnstagramdan çıxıb-çıxmamaq yenə də sizin öz öhdənizə buraxılır.
Hazırda sınaq mərhələsində olan tətbiq yaxın zamanlarda istifadəçilərə təqdim olunacaq.
Baba-zadə Sevinc