Chip.az bildirir ki, diaqonalı 6,66 düym təşkil edəcək ekranın ölçüsünün iPhone XS Max modelinin displeyindən böyük olacağı gözlənilir.
Bundan başqa, smartfonun qabaqcıl Snapdragon 8150 prosessoruna malik olacağı bildirilir. Bu 7 nanometrlik texnoloji proses üzrə hazırlanan çip Qualcomm şirkəti tərəfindən, hələ ki, rəsmən təqdim edilməyib. Smartfonun qiymətinin 1077 dollara qədər olacağı gözlənilir.
Galaxy Note 10 smartfonunun rəsmi təqdimatı 2019-cu ilin payızına planlaşdırılır.