İnternetdən düzgün alış-veriş etməyin qaydaları

  • 14 Noyabr 2018

Lakin, bəzən bu tam tərsi, öz ziyanları ilə də yadda qalır. Məsələn məhsulun ümumiyyətlə gəlməməsi, və ya göründüyündən daha az keyfiyyətdə olması , hesabdan daha artıq pul çıxılması kimi hallarla qarşılaşanlar da az deyil. Hətta bu səbəbdən məhsulların onlayn sifarişlərindən qorxanlar da var.

Bəs bunun qarşısını necə almaq olar və bunun üçün nələr etməliyik?

Chip.az daha asan və düzgün onlayn alış-verişin yollarını sizə təqdim edir:

  1. İnternetdə, məhsulu almaq istədiyiniz saytı araşdırın.

İstehlakçılar məhsulu almaq istədikləri saytı alış-verişdən öncə araşdırıb, tanımalıdır. Şirkət, məhsulları, istifadəçilərin sayı, şikayətlər, məlumat və şərhlər oxunmalı və müraciətlərə nə dərəcədə önəm verildiyi yoxlanılmalıdır.

  1. Dostlarınızdan , tanışlarınızdan soruşun.

Ətrafınızda tanıdığınız insanlar arasında onlayn məhsul sifariş edənlər varsa, onlarla məsləhətləşin. Çünki onlar artıq məhsul alıb və bunun yollarını , məhsulların keyfiyyətini , qiymətlərini bilirlər. Həmçinin sifarişlərini realda görərək əmin olma şansınız da artır.

  1. Əgər məhsul çox ucuzdursa, şübhələnin.

Bazar qiymətindən aşağı olan məhsullar şübhə ilə qarşılanmalıdır. Əgər siz məhsulun dəyərini bilmirsinizsə, rəqib saytlara da göz gəzdirin.

  1. 3D təhlükəsizlik sistemi olmalıdır.

3D təhlükəsizlik sistemi kredit kartı ödənişləri üçün istifadə olunur. İstifadəçi kartdan pul çəkməzdən əvvəl kredit kartı bankından təsdiq şifrəsini alır.

  1. SSL(Secure Sockets Layer) sertifikatına diqqət yetirin.

İnternetdən saytın ünvanının https: // ilə başlamasına və saytın SSL sertifikatına sahib olub olmadığına diqqət etmək lazımdır. Bu sistem kartların başqaları tərəfindən kopyalanmasına mane olur.

  1. Virtual kartlardan istifadə edin.

Limiti çox yüksək bir kredit kartı yerinə virtual kart yaratmaq və öz təyin etdiyiniz limitdə alı-veriş edin. Bu hətta sizin həddindən çox pul xərcləməyinizin də qarşısını alacaq.

  1. Ünvan və telefon nömrələrinə baxın.

Məhsulu alacağınız saytın və ya satıcının adres və telefon məlumatını araşdırmaq, lazım gələrsə, hətta zəng etmək lazımdır. Çünki, ekran arxasında kiminlə əlaqə saxladığınızı bilmirsiniz.

  1. Qapıda onlayn məhsulların ödənişi risklidir.

Banklarla işləyə bilməyən və vPOS (Virtual point of sale) ala bilməyən şirkətlər qapıda ödəniş tələb edirlər. Kuryer xidməti deyil , birbaşa özlərinin çatdırması isə həm mal, həm də can təhlükəsizliyinə səbəb ola bilər.

  1. Məhsulları öz kompüterinizdən sifariş edin.

Kompüterin ümumi bir kompüter olmadığından əmin olmaq vacibdir. Çünki kart və hesab məlumatının avtomatik olaraq başqa bazaya ötürülməsi riski var.

  1. Sosial mediada axtarın.

Bəzi saytlarda şərh bölməsi yer almadığına görə sosial media hesablarına baxmaq lazımdır . İstifadəçilər mütləq mənfi və ya müsbət rəylərini orda bildirilər. Həmçinin nə zamandan fəaliyyət göstərdiyini , təqribən nə qədər istifadəçisinin olduğunu da burdan müəyyən edə bilərsiniz.

 Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır