Ağıllı dırnaqlar elektron əməliyyatlarınızı asandlaşdıracaq!

  • 13 Noyabr 2018
  • 121

Chip.az bildirir ki, Jakcom N2-ə məxsus ağıllı dırnaqların hazırda fərqli funksiyalara malik 3 modeli satışa buraxılıb: N2M, N2F, N2L

N2M smart dırnaqları nano texnologiyası ilə hazırlanmış bir mikroçipdir. Bu ağıllı taxma dırnaqlar sizin pul kisənizdəki bütün kartları əvəz edərək, hər birinin ayrı-ayrı funksiyalarını balaca mikroçiptdə birləşdirərək işinizi daha da asandlaşdırır. Məsələn, alış-veriş, hansısa müəssisəyə (xəstəxana, idman zalı) üzvlük üçün olan bütün kartlarınızı əvəz edir.

İkinci nəsil LED N2L ağıllı dırnaq isə avtobus, metro kimi kartların siqnallarını özündə cəmləyir. Bununlada siz parkinq və pul ödənişlərini rahatlıqla həyata keçirə bilərsiniz.  

Sonuncu modeli olan N2F ağıllı dırnaq isə bir növ sizin üçün yaddaş kitabçası rolunu oynayır. Hər cür şəxsi məlumatları ( cədvəllər, hesablar, qeydlər və s.) özündə saxlayır. Belə ki, şəxsi telefonunuza istənilən şifrəni qoya bilərsiniz. Çünki bu balaca çip sizin yeganə kilid açarınız olacaq və məlumatlarınız tamilə təhlükəsiz formada qorunacaq.

Qeyd edək ki, 0.1 mm qalınlığa malik olan ikinci nəsil LED ağıllı dırnaqlar suya davamlı dizayn edilib və bütün materiallar sağlamlığa zərər vurmayan, bədənə hər hansı radiasiya ötürməyən keyfiyyətlərə malikdir.

Baba-zadə Sevinc

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Ayda cücərdilən bitkilər soyuq gecənin ardından soldu

Chip.az bildirir ki, Ayda ilk bitki yetişdirilməsi layihəsi uğursuzluqla nəticələndi.

Beləki, Ayın qaranlıq tərəfində işlərə başlayan Çinin Chan

İslandiya dünyada əriyərək yox olan ilk buzlağa abidə qoydu

Qlobal istiləşmə və iqlim dəyişikliyi dünyanın tarazlığını pozmağa davam edir. İslandiyadakı Okjökull buzlağı əriməsi səbəbi ilə buzlaq statusunu itirir. Alimlər bu

Aya gedəcək ilk sərnişin açıqlandı!

Spacex tərəfindən Aya gedəcək şanslı ad, Yaponiyanın ən böyük onlayn geyim satış saytının sahibi 42 yaşlı Yusaku Maezawa olaraq açıqlanıb. Maezawa, Ayın ətrafında dövrə v

Googlenin süni zəkası oxunmayan yol nişanlarını sürücülərə bildirəcək

Yolda gedərkən bir çox yol nişanlarının tam oxunmadığını görə bilərsiniz.

Chip.az xəbər verir ki, bu sürücülərin fikrini qarışdırma

ABŞ Huaweiyə qarşı sanksiyalara son qoya bilər

ABŞ-ın Maliyyə Naziri Mnukin bazar günü verdiyi açıqlamada "Çinlə ticarətə davam edərsək Çindən də bu istiqamətdə normal münasibət görsək , Huaweiyə qarşı sanksiyal