Samsung, Galaxy Note 9 üçün yenilənmə təqdim edib.Chip.az bildirir ki, şirkət N960FXXU2ARJ7 koduna sahib Android 8.1.0 Oreo üzərində işləyən 418.03 MB həcmində yeniləmə ilə Galaxy Note 9 cihazı üçün yenilənmə istifadəyə verib. Qeyd edək ki, gözlənilən Android Pie bu yenilənməsi də mövcud deyil. Lakin yeniləmənin yaxın bir zamanda təqdim ediləcəyi gözlənilir.