2019-un İpone modellərinin özəllikləri açıqlanıb

  • 12 Noyabr 2018

Apple  şirkəti tərəfindən 2019-cu ildə 3 yeni iPhone modellərinin istifadəyə verilməsi  planlaşdırılır.

Bu  barədə məlumat  Apple analitiki Ming-Chi Kuo tərəfindən verilib. Qurum sözü gedən smartfonlarda yeni tətbiqlərin quraşdırılacağını da qeyd edib.  iPhone modellərində  gələcək il tətbiq olunacaq bu yeniliklərin hər kəsi təəccübləndirəcəyi gözlənilir.

Chip.az Ming-Chi Kuo-ya  istinad edərək,  2019 iPhone modellərinin yeni və fərqli özəlliklərini təqdim edir.

Beləki,  Apple, gələn ilin sentyabr ayından  yeni smartfonlarında iki LCP və dörd MPI anten quraşdırmalarını tətbiq edəcəyi gözlənilir.  Bununla da  iPhone XRiPhone XS modelləri tamamilə yeni anten quruluşu ilə istehsal olunacaq. Şirkət bu dəyişikliyin smartfonlarda internet və 5G performansına mənfi təsir göstərməyəcəyini əminliklə qeyd edib.

Həmçinin yeni modellərdə Face İD tətbiqininin təkminləşdirilməsi gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır