İnsanın yerişi onun şəxsiyyətini müəyyənləşdirməyə imkan verəcək

  • 10 Noyabr 2018
  • 119

Buna imkan verən müvafiq texnologiya Watrix" şirkəti tərəfindən hazırlanıb.

Chip.az "Lenta" resursuna istinadən yazır ki, yeni texnologiya ilk olaraq Şanxay və Pekin şəhərlərində istifadəyə verilib. Proqramın süni intellekti insanın şəxsiyyətini 50 metr məsafədən, o cümlədən arxadan müəyyənləşdirə bilir.

Şirkətin baş direktoru Xuan Yunçjen bildirib ki, insanların müəyyənləşdirilməsi üçün onlarla əməkdaşlığa ehtiyac yoxdur. Yerişin analizini axsamaqla və ya addımları böyük atmaqla aldatmaq mümkün deyil. "Bu səbəbdən biz konkret bədənin bütün xüsusiyyətlərini təhlil edirik", - o qeyd edib.

Məlumata görə, insanın siluetini oxuyan sistem onun yerişinin modelini yaradır. Lakin "Watrix" texnologiyası vətəndaşların şəxsiyyətini real vaxt rejimində identifikasiya edə bilmir: videoqeydləri əllə proqrama yükləmək tələb olunur. Birsaatlıq videonun analizi üçün 10 dəqiqə sərf edilir.

Texnologiyanın 94 faiz dəqiqliklə işləməsi bildirilir. Daha yaxşı nəticə üçün yeni texnologiyanın sifətin tanınması sistemi ilə birgə yayılacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Maraqlı

Araba Tavanında Rahat Yatmaq Üçün İnkişaf Etdirilən Çadır

Sebastyan Maluska, bütün vasitə və avadanlıq modellərinin damına monte edilməyə uyğun bir avtomobil tavanı çadırı inkişaf etdirdi.
İsveçrənin Renens şəhərində yerləşə

Smartfon asılığlığı olanları dirəklərdən qorumaq üçün jiletlərdən istifadə ediləcək

İstər işlə bağlı olsun istərsə də əyləncə məqsədli, telefonlardan bu cür aılılıq bəzən həmin şəxsin və ya ətrafdakı insanların xəsarət alması ilə yekunlaşa bilir.<

3 Günəşi olan planet kəşf edildi

ABŞ-dan olan elm adamları 3 fərqli Günəşə sahib planet kəşf etdi.

<

Çində uçmağı da bacaran tamamilə fərqli bir modelə çevrilmiş Rusiya silahı hansıdır?

Chip.az bildiriir ki, China National Space Administration (CNSA) Rusiyanın əfsanəvi tüfəngi AK-47 modelli dronunu təqdim edib. "Uçan Kalaşnikov" adı verilən CH-7 adlı təyyarə

Çernobıl serialını izləyən faciə şahidi intihar etdi

HBO-nun 6 hissəlik Çernobıl serialını izləyən keçmiş işçi, qızının verdiyi məlumatlara görə intihar edib.

Chip.az