“Facebook”da göndərilən məlumatları silmək mümkün olacaq

  • 10 Noyabr 2018

Bu barədə "AppStore" əlavəsinin saytında deyilir.

Chip.az"RİA Novosti" resursuna istinadən yazır ki, noyabrın 7-də buraxılan sonuncu "Facebook Messenger 191.0" versiyasının təsvirində tərtibatçılar növbəti yenilənmədə istifadəçiləri göndərilmiş məlumatların ləğv edilməsi imkanı daxil olmaqla çoxlu yeni funksiyalar gözləməsi barədə məlumat veriblər.

Onların sözlərinə görə, tezliklə çatda göndərilmiş məlumatları silmək mümkün olacaq. "İstifadəçilər tərəfindən səhvən fotoşəkil, informasiya və ya bildiriş göndərilən zaman onları göndəriləndən 10 dəqiqə sonra ləğv etmək olacaq", - tərtibatçılar qeyd edib.

Məlumata görə, proqram yenilənməsinin yaxın bir neçə həftə ərzində buraxılacağı qeyd olunsa da, konkret tarix göstərilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır