Kağızdan istifadə edən 3D-printer təqdim olunub

  • 08 Noyabr 2018

robo-hunter.com saytının məlumatında bildirilir ki, hər il adambaşına düşən kağız tullantıların kütləsi 80 kq təşkil edir. Bu səbəbdən yeni printerin istehsalçısı kağız üçün yeni tətbiq sahəsi tapmağa qərar verib. Kağızın qatları təbii materialla bərkidilir ki, bu da yenidən emal edilə bilən, tamamilə ekoloji təmiz məhsulun əldə olunmasına imkan verir.

İstehsalçının sözlərinə görə, printer sürətlə çap edir və nəticədə qeyri-adi formalı predmetlər alınır. Onları uzun müddət istifadə etmək olar, çünki yüksək möhkəmliyə malikdirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır