“iPhone” cihazının batareyaları hər nəsillə daha pis olur.

  • 05 Noyabr 2018
  • 59

Jurnalist bu tendensiyanı aşkar edib, ekspert isə bu vəziyyətin səbəbini izah edib.
 
“The Washington Post” nəşrində smartfonları ətraflı təsvir edən jurnalist aşağıdakı tendensiyanı aşkar edib: növbəti nəsil qabaqcıl smartfonların akkumulyatorları əvvəlki nəsillə müqayisədə daha az avtonom işləyir.
 
 “iPhone XS” və “X” smartfonlarının avtonom işləmə müddətini müqayisə edən jurnalist aydınlaşdırıb ki, yeni model köhnə modellə müqayisədə 21 dəqiqə daha az enerji saxlayır.
 
Qabaqcıl “Android” smartfonlarında da eyni tendensiya müşahidə olunur. Məsələn, “Google Pixel 3” smartfonu “Google Pixel 2” ilə müqayisədə daha az avtonom işləmə müddətinə malikdir. “iPhone XR” smartfonu istisnadır: “Apple” şirkətinin tək kameralı çərçivəsiz smartfonu daha çox avtonom işləmə müddətinə malikdir.
 
Batareyaların optimallaşdırılması ilə məşğul olan “Qnovo” şirkətinin baş direktoru bu vəziyyətin səbəbini izah edib. Onun sözlərinə görə, batareyaların təkmilləşdirilməsi üzərində aparılan iş smartfonun başqa aparat təminatı ilə müqayisədə çox ləng gedir. Nəticədə yeni smartfon daha çox enerji tələb edir, amma akkumulyator əvvəlki nəsildə olduğu kimi eynidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

5G, 2024-cü ildə 1,5 milyon insan tərəfindən istifadə olunacaq

Telekommunikasiya şirkəti  Ericsson-un çərşənbə axşamı yayımlanan  son hesabatlarına görə, 5G texnologiyasından  2024-cü ildə 1,5

Line proqramına yeni xüsusiyyət əlavə olundu

Chip.az xəbər verir ki, yaxın günlərdə istifadəçilər sözü gedən yeniləmə ilə öz hekayələrini mövcud proqramda paylaşa biləcəklər. Yaponiyada

Tesla şirkətinə məxsus avtomobil özü-özünə alovlanıb

Chip.az  xəbər verir ki, elektrik maşınlarının benzinlə çalışan  avtomobillərdən daha çox yanması ilə bağlı hər hansısa rəsmi statistika da yoxdur. Buna bax

Ramin Quluzadə: Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir

Chip.az  xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə bildirib.

Nazir

Star Wars filminin Chewbaccası 74 yaşında vəfat etdi

Chip.az xəbər verir ki, “Star Wars” filmində canlandırdığı obrazı ilə həm görünüşünə həm də aktyorluq qabiliyyətinə qibtə edilən Peter May