Yeni qadcet iş zamanı travma təhlükəsi haqqında xəbərdarlıq edəcək

  • 02 Noyabr 2018

Bu, xüsusilə işi ağırlıq qaldırma və mürəkkəb hərəkətlərlə bağlı olan şəxslərə şamil edilir. Yeni şəxsi qadcet bu kimi vəziyyətlərin profilaktikasını təmin etməyə imkan verir.

 Kəmərə bərkidilən qurğu insanın bədəninin vəziyyətini qeydə alan jiroskop və akselerometrlər kompleksindən ibarətdir. Məsələn, əksər hallarda yol verilən yanlış – ağır predmetlərin ayaqların gücünün köməyilə deyil, kürəyin düzəldilməsi hesabına döşəmədən qaldırılmasıdır. “Reflex” belə vəziyyətləri izləyir və xəbərdarlıq siqnalı verir.

Sahibi təhlükəli vəziyyət aldıqda və ya təhlükəli işi yerinə yetirdikdə qadcet bu haqda yüngül vibrasiya ilə işarə verir və eyni zamanda məkan, zaman və hadisənin tipi haqqında məlumatları yaddaşa yazır. Bu, bir tərəfdən, istifadəçinin özünə onun risk etdiyini xatırlatmaq üsuludur. Digər tərəfdən, bir müəssisə daxilində statistik məlumatların (Hansı bölmələrdə, nə qədər insan, niyə sağlamlığını riskə atır?) toplanması və analizidir. Bu, həm də işçilər arasında rəqabət yarada bilər. Belə ki, cihazın göstəricilərinə əsaslanaraq, daha təcrübəli işçiləri mükafatlandırmaq olar.

Sınaqlar nəticəsində məlum olub ki, “Reflex” qurğusu 12 ay ərzində skelet travmalarının miqdarını 40 faiz azaltmağa imkan verib, bel ağrılarından şikayətlənən könüllülərin sayı isə 56 faiz azalıb. Bu nəticələrə əsasən, iş prosesinin optimallaşdırılması sayəsində travma almaq riski olan istehsalat əməliyyatlarının miqdarı 84 faiz azalıb. Startap artıq 4,5 milyon dollar maliyyə cəlb edə bilib. Tezliklə qurğunun kütləvi istehsalına başlanılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır