"Bitcoin" 10 illik yaşını qeyd edir

  • 31 Oktyabr 2018

10 il sonra “bitcoin”dən ticarətdə kim istifadə edir? 30 sentlə ticarətə başlayan “Bitcoin” niyə minlərlə dollar dəyərindədir?

Chip.az xəbər verir ki, 2008-ci ilin dərin iqtisadi böhranının olduğu dövrdə yaransa da, "bitcoin" ilk dəfə 2010-cu ildə istifadə olunub.

Belə ki, 41 dollar dəyərində  olan 2 pizza üçün 10 min “bitcoin” dəyişdirilib.  Dünyadakı satıcıların diqqətini cəlb edən “bitcoin”lə  ödənişin təsdiqlənməsi bir saat vaxt tələb etdiyindən çox istifadə edilmirdi.

Lakin “bitcoin” tezliklə narkotik satıcıları, kiber cinayətkarlar və çirkli pulları yuyanların seçim valyutasına çevrildi.

“Bitcoin”in  həmçinin “rəqəmsal qızıl” olacağına dair də fikirlər var. Reallıqda “Bitcoin”in dəyəri artıb-azalır. 2017-ci ildə dəyəri  20 min dollar olmaqla pik həddə çatan “Bitcoin” sonra 6 min dollara düşdü.

Tənqidçilər hesab edir ki, yeni valyuta forması kimi “bitcoin” uğursuzdur. Lakin 7 il ərzində onun dəyəri 2 milyon faiz artıb. Maliyyəçilərin proqnozuna əsasən, "bitcoin”in tezliklə sıradan çıxaracağı gözlənilmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır