“Apple” yeni məhsulunu təqdim etdi

  • 31 Oktyabr 2018

“Apple” şirkəti yeni “ipad Pro” planşetlərini təqdim

edib.

Chip.az  xarici mətbuata istinadən xəbər
verir ki, başlanğıc qiyməti 799 dollar olan yeni modellər gələn
həftədən satışda olacaq.

Yeni planşetlər 11 və 12,9 düym diaqonallı ekran ölçülərində
olacaq. Şirkət yeni modellərin ekranının sahəsini artırıb. Adi
düymələrin ölçüsü 5,9 mm-dək azalıb, forması daha “peşəkar” və
ciddi cizgilər alıb.

Şirkət həmçinin bildirib ki, yeni “iPad” əvvəlki modelə nisbətən
daha güclü və funksional olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır