Dünyada 1.5 milyard kompüter “Windows” sisteminin idarəetməsi altında işləyir

  • 30 Oktyabr 2018

“Microsoft” korporasiyasının məlumatına görə, dünyada 1,5 milyard kompüter “Windows” sisteminin idarəetməsi altında işləyir.
 
 “iOS” sistemli qurğulardan (1,3 milyard “iPhone”, “iPad” və “iPod”) çox, amma “Android” sistemi ilə işləyən cihazlardan (təxminən 2 milyard) azdır. Şirkətdən bildirilib ki, dünyada mövcud olan fərdi kompüterlərin 76%-i “Windows 10” aktual əməliyyat sistemini dəstəkləyir, digərləri sistem tələblərinə cavab vermir. Dünyada təxminən 700 milyon istifadəçi “Windows 10” sistemindən istifadə edir.
 
Həmçinin “Microsoft”un nümayəndəsi bildirib ki, süni intellektin öyrənilməsinə 47 ölkədə 137 qrant ayrılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır