"Bəli! Əlbəttə, biz bu hazırlama üzərində işləyirik" – “Facebook AR” istiqamətinin direktoru Fikus Kirkpatrik Los-Ancelesdə keçirilmiş konfransda deyib.
“Facebook”un mühəndislər komandası gələcək artırılmış reallıq qurğusunda tətbiq edilə biləcək qabaqcıl həllərə malikdir.
2017-ci ildə “Facebook”un direktoru Mark Zukerberq bildirmişdi ki, gələcəkdə istifadəçilər, məsələn, "ağıllı" eynək və ya kontakt linzalarının köməyi ilə real dünyada istənilən obyektin üzərinə rəqəmli məzmun yerləşdirə biləcək. "Bizə fiziki televizor lazım deyil. 1 dollara TV proqramını satın almaq və divara proyeksiya edib televiziya kanallarını izləmək mümkün olacaq” – “Facebook”un baş direktoru deyib.