İnsanın hərəkəti nəticəsində əldə olunan enerji elektron qurğuların şarjında istifadə ediləcək

  • 17 Oktyabr 2018

Chip.az “belta.by” saytına istinadən yazır ki, bir qayda olaraq, daşınabilən elektron qurğular tez-tez enerji doldurulması və ya batareyanın dəyişdirilməsini tələb edir. Sözügedən qurğuların ekoloji və uzunmüddətli elektrik enerjisi ilə təmini, həmçinin onlar üçün elastik, rahat və yuyulmağa dayanıqlı enerji mənbələrinin yaradılması aktual məsələ olaraq qalır.
 
Çjençjousk Universitetinin alimləri hidrofob nanolifdən yuyulmağa davamlı daşınabilən nanogenerator düzəldiblər. Yeni hazırlama parça strukturuna malikdir və geyimə bərkidilir. O, insanın hərəkəti nəticəsində əldə edilən mexaniki enerjini elektrik enerjisinə çevirmək qabiliyyətinə malikdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır