“Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen vəfat edib

  • 16 Oktyabr 2018

Bu barədə onun "Vulcan Inc" şirkətinin saytında deyilir.
Chip.az "RİA Novosti www.ria.ru" resursuna istinadən yazır ki, P.Allenin Sietldə bazar ertəsindən çərşənbə axşamına keçən gecə qeyri-Hodgkin lenfoması xəstəliyinin ağırlaşmasından vəfat etdiyi bildirilir.

ABŞ sahibkarı P.Allen 1975-ci ildə Bill Qeytslə birlikdə proqram təminatının hazırlanmasında (məsələn, Windows əməliyyat sisteminin) ixtisaslaşan "Microsoft" korporasiyasını təsis edib. O, bu il "Forbes" jurnalının dünyanın ən varlı adamları siyahısında 20,5 milyard dollarlıq var-dövlətlə 44-cü yeri tutub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır