Yuxu üçün “ağıllı” “Xiaomi” qurğusu buraxılıb

  • 16 Oktyabr 2018
  • 81

Maska şəklində olan qurğu yuxuya daha tez getməyə və orqanizmin yaxşı istirahətinə şərait yaradır. Bu məqsədlə aksesuar istifadəçinin beyin fəaliyyətinin analizi üçün süni intellekt texnologiyalarından istifadə edir.
Chip.az “4PDA” resursuna istinadən yazır ki, maska beyin dalğalarını tutan və göz nahiyəsində yerləşən 3 elektrodla təchiz edilib. Əldə olunan məlumatlar münasib musiqinin səsləndirilməsi üçün süni intellekt alqoritmləri tərəfindən real vaxt rejimində analiz edilir. Melodiyanın səsi istifadəçi yuxuya gedən zaman tədricən azalmağa başlayaraq beyini rahatlayır, səhər isə yuxu fazaları nəzərə alınmaqla adi zəngli saatdan istifadədə olduğu kimi, stress yaratmamaq üçün rəvan şəkildə yüksəlir. Nəticədə insan özünü dincəlmiş və gümrah hiss edir.

“Easy Air Brain Wave Sleeping Eye Mask” kətan parçası kompozitinin əvəzedicisindən hazırlanıb, üst tərəf isə yüksək elastikli süngər formasındadır. Bu, normal hava ventilyasiyasının saxlanılmasına xidmət edir və maskadan ilin istənilən fəslində istifadəyə imkan verir. Çəkisi 50 qram təşkil edən qurğu işığın düşməsinin 99 faizinin qarşısını alır. Maskanın yumşaq hissəsini çıxarmaq və yumaq mümkündür.
Çində yeni “Xiaomi” qurğusunun təxmini qiyməti 36 dollar təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Mobil rabitə

İqtisadiyyat Nazirliyi Bakcelli mükafatlandırdı

“Bakcell” şirkəti Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində daha bir mükafata layiq görülüb. 

Chip.az xəbər verir ki, iyunun 4-də Ba

Azercell möhtəşəm rəqəmsal şou təqdim edir

Azərbaycanın telekommunikasiya sektorunun lideri və mobil rabitə istifadəçilərinin əsas seçimi olan Azercell fəaliyyətinin yeni rəqəmsal dövrünə başlayır.

Azercell uşaqlara dəstək verməyə davam edir

Öz Korporativ Sosial Məsuliyət siyasətində uşaqların müdafiəsi və hüquqlarının qorunmasına yönəlmiş təşəbbüslərə xüsusi önəm verən “Azercell Telekom” MMC-nin

Azercell-in 4G istifadəçilərinin sayı 3 dəfə artıb

Məqsədi abunəçiləri üçün həyatı asanlaşdırmaq və rəqəmsallaşdırmaq olan “Azercell” şirkəti ölkənin telekommunikasiya sektorunda 49 faiz payla lider mobil operator m

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır

Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" tədbirinə qatılıb.<