“Windows”un son yeniləməsi kompüterlərin işini dayandırıb

  • 15 Oktyabr 2018
  • 61

Bu haqda “Inquirer” nəşri məlumat verib.
Chip.az “ria.ru” saytına istinadən yazır ki, məlumata görə, “KB4464330” nömrəli versiya "Mənim sənədlərim" qovluğundakı faylların silinməsinə səbəb olan problemi aradan qaldırmalı idi, ancaq daha çox ciddi nasazlıqlara gətirib çıxarıb.
 
Məsələn, yeniləməni quraşdırdıqdan sonra kompüter yenidən yüklənir və "aradan qaldırıla bilməyən səhv" haqda mesajdan ibarət "Mavi ekran" (BSOD) göstərilir. Nəşrin məlumatına görə, şikayətlərin əksəriyyəti “Hewlett-Packard” noutbuku işlədən istifadəçilərdən daxil olub, həmçinin digər qurğu sahiblərindən də müraciətlər olub.
 
Texniki dəstək forumunda müzakirə zamanı belə qərara alınıb ki, “HP” şirkətinin öncədən quraşdırılmış proqram təminatının tərkibinə daxil olan “HpqKbFiltr.sys” faylı bu problemi yaradır. Bəzi istifadəçilər bu faylın yerini dəyişdirmək və ya adını dəyişdirməklə "göy ekran" problemini aradan qaldırmağa müvəffəq olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Chadwick Bosemanın yer aldığı Bridges 21 filminin fraqmentləri yayımlanıb

Chip.az xəbər verir ki, filmin baş rolunu “Black Panther”-dən  tanınan Chadwick Boseman canlandırıb.

Nar abunəçilərinə pulsuz danışıq dəqiqələri hədiyyə etdi

“Nar”-ın, abunəçilər və sosial şəbəkə iştifadəçiləri üçün elan etdiyi ““Nar”-ı nə qədər yaxşı tanıyırsan?” müsabiqəsi yekunlaşdı. 10-12 oktyabr tarix

Alimlər Yerə yaxınlaşan təhlükə haqqında açıqlama verib

Alimlər diametri təxminən 300 metr olan asteroidin planetimizin yaxınlığından keçməsi ilə bağlı xəbərdarlıq ediblər. 2006 QQ23 adlı göy cismi hazırda medianın gündəmin

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə yeni mətbuat katibi təyin olunub

Chip.az xəbər verir ki, bu təyinata qədər Günel Gözəlova “Azərpoçt” MMC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri olub.

<

Oral B-nin süni zəkalı diş fırçası: Genivus-X

Texnologiyanın sürətli inkişafı nəticəsində bu günlərdə gündəlik həyatı asanlaşdıracaq yeni praktiki qurğuların ardı-arası kəsilmir.

Chip.az bildiri