Yeni “Samsung Galaxy A9” smartfonu 4 arxa kamera ilə təchiz olunub

  • 11 Oktyabr 2018
  • 52


Chip.az “Vesti” resursuna istinadən yazır ki, “Samsung Galaxy A9” həm gündüz, həm də zəif işıqlandırma şəraitində çəkiliş üçün nəzərdə tutulan 24 meqapikselli sensorla (f/1.7, avtomatik fokuslanma) yanaşı, itkisiz ikiqatlı optik zum (10 meqapikselli sensor, f/2.4, avtomatik fokuslanma) üçün teleobyektiv, enlibucaqlı modul (baxış bucağı 120 dərəcə, 8 meqapiksel, f/2.4) və 5 meqapikselli kadr dərinliyi ötürücüsü ilə təchiz edilib.

Məlumata görə, yeni smartfon “Qualcomm Snapdragon 660” prosessorlu səkkiznüvəli sistemdən, 2,2 QHs takt tezliyində işləyən 4 nüvədən və 1,8 QHs tezlikli daha 4 nüvədən istifadə edir. Operativ yaddaş 6, quraşdırılmış yaddaş isə 128 giqabayt təşkil edir. Bundan əlavə, qurğu 512 giqabayt tutumlu “microSD” yaddaş kartını, “Samsung Pay” funksiyası vasitəsilə “NFC” protokolunu və ödənişləri dəstəkləyir.

Smartfon “SuperAMOLED” matrisalı “FullHD+” (1080 x 2220 piksel) təsvir ölçülü 6,3 düymlük ekranla təchiz olunub. Çəkisi 183 qrama bərabər qurğu ölçüsünə görə sentyabrın sonunda təqdim edilən “Galaxy A7” modelindən böyükdür: 162,5 x 77 x 7,8 mm. Ötənilki “Android 8.0 Oreo” əməliyyat sisteminin idarəetməsi ilə işləyən “Samsung Galaxy A9” modelinin akkumulyator tutumu 3800 milliamper/saat təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Huawei Discovery Vitality ilə əməkdaşlıq müqaviləsi imzaladı

Chip.az bildirir ki, tərəfdaşlıqla birlikdə, Vitality üzvləri Huawei və Sağlamlıq app-larına qoşularaq gördükləri işlər qarşılığında xallar

Pornoqrafiya oyunları üçün 1 milyon dollar vəsait toplanıb

Chip.az  xəbər verir ki, hazırladıqları məhsul ilə qalmaqallı  müzakirələrin mərkəzinə çevrilən “Studio FOW” sözü gedən oyun üzərində işləri davam e

Bakı Marafonu-2019-da Nazirliyin rəhbər şəxsləri və əməkdaşları fəal iştirak edib

Chip.az xəbər verir ki, marafonda Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva da iştirak edib. “Küləyə qalib gəl” şüarı altında a

Bakıya 70 ədəd "Avro 6" sərnişin avtobusu gətirilir

Chip.az xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki. şirkət bu barədə tədbirlərini davam