Razer Phone 2, orijinal Razer Phone modelinin əskik tərəflərini tamamlayır

  • 11 Oktyabr 2018

Razer Phone 2nin ekranı yenə 5.72 düym, 1440 x 2560  Ultramotion  IGZO LCD. Ekran, 645 nit ilə daha yüksək bir parlaqlıq dəyərinə malikdir. Digər tərəfdən, Netflix sertifikatlı HDR dəstəyini də saxlayır. Razer, 16:9 görüntü nisbətinə bağlı qalmağa davam edir. Əksəriyyəti oyun və videonun bu görüntü nisbətində verdiyini düşünəcək olsaq, qərar çox da məntiqsiz sayılmaz. Ekranın alt və üst hissəsinə, cüt gücləndirici, 24-bit DAC və Dolby Atmos dəstəkli stereo səsucaldanlar yerləşdirilib. Bu səsucaldan sistemi sayəsində xarici bir Bluetooth səsucaldıcıya ehtiyac edilməyəcəyi də qeyd olunur. Kabelsiz batarya aksessuarı, 4000 mah tutumlu batareya  vəzifəsini yerinə yetirir. Razer tək batarya ilə 10 saatlıq fasiləsiz istifadəyə çata bilir. Razer Phone, 11 Oktyabr etibarilə ön sifarişə çıxacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər