“ICANN” vəsait çatışmazlığı ilə üzləşib

  • 10 Oktyabr 2018
  • 49

Chip.az “NEWSru” resursuna istinadən yazır ki, məlumata görə, bu, internetin zəifləməsinə səbəb ola bilər. Yeni maliyyələşmə mənbələrinin axtarışının zəruriliyi barədə təşkilatın strategiyasına həsr edilən telefon konfransı və onlayn təqdimat zamanı rəhbərlik nümayəndəsi bildirib.
 
“Bazarda möhkəmlənmə, yüksək səviyyəli domen adlarının qeydiyyatının sayında artım tempinin azalması, eləcə də ümumi yüksək səviyyəli domenlərlə əlaqədar qeyri-müəyyənlik “ICANN”-ın təşkilatı idarə edən qlobal cəmiyyətin artmaqda olan tələb və ehtiyaclarını dəstəkləmək imkanına təzyiq göstərir”, - təqdimatda qeyd olunub.  

“ICANN” nümayəndələrinin fikrincə, yaxın 5 ildə təşkilatın domenlərin satışından gəlirlərinin əvvəlki səviyyədə qalacağı və ya azalacağı halda mövcud çoxtərəfli idarəetmə modelinin dəstəklənməsi və yeni texnologiyalar üçün xərclər artmaqda davam edəcək. Vəsait çatışmazlığı ilə bağlı problemin həlli üçün “ICANN” xərclərin idarəetmə modelini və maliyyə planlaşdırmasını təkmilləşdirməyi düşünür.

Təşkilat, həmçinin təhlükəsizlik sisteminin və kibertəhdidlərlə mübarizənin yaxşılaşdırılması üçün yeni texnologiyaların tətbiqini vacib hesab edir. Məsələn, təşkilat blokçeyn, süni intellekt, “big data” və “Əşyalar interneti” texnologiyalarından istifadə imkanını nəzərdən keçirir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Avtomobil

İnfiniti, QX İnspiration adlı avtomobilini Detroit Auto Show-da təqdim edir

Chip.az bildirir ki, 14-27 yanvar tarixlərində reallaşaq bu şouda bir çox şirkət öz avtomobillərini nömayiş etdirilməsi gözlənilir.

Beləki

Qarşınızda Bugatti Divo!

5 milyon avroya satılan Bugatti Model Divo, 40 məşhur zəngin tərəfindən daha satışa təqdim edilmədən alınıb.

Olduqca bahalı bir avtomobil ilə qarşınızdayıq.  Avropa

Azərbaycanlı oliqarxlar tərəfindən ölkəyə gətirilən "unitaz"lı lüks maşınlar - FOTOLAR

Azərbaycanlı oliqarxlar Avropa istehsalı olan bahalı avtomobilləri Türkiyədə daha lüks və konfortlaşdıraraq alıb, Bakıya gətirirlər.


Chip.az Unik

Tesla elektrikli avtomobillərdən imtina etdi

Tesla şirkətinin baş icraçı direktoru Elon Mask elektrikli avtomobil istehsalından imtina edildiyini açıqlayıb.

Chip.az Yenicag.az xəbər verir ki, şirkətin say