Şirkətlərdə məlumat sızmaları 133 faiz artıb

  • 10 Oktyabr 2018
  • 62

Chip.az “DailyComm” resursuna istinadən yazır ki, məlumat sızması ilə əlaqədar ümumilikdə 945 insident baş verib. Bu göstərici 2017-ci ilin yanvar-iyununda 1162 təşkil edib. Kiberinsidentlərin çoxu Şimali Amerika (559), Avstraliya (308) və Böyük Britaniyada (22) qeydə alınıb.
Baş verən 945 məlumat sızmasının 256-sı səhiyyənin, 132-si maliyyə sektorunun, 86-sı təhsil müəssisələrinin, 68-i peşə xidməti sahəsi üzrə tədarükçü şirkətlərin, 61-i dövlət müəssisələrinin payına düşüb.

Cinayətkar fəaliyyət nəticəsində şirkətlər 6 ay ərzində 3,6 milyard məlumat itkisi ilə üzləşiblər ki, bu da 2017-ci ilin ilk yarısı ilə müqayisədə 1300 faiz çoxdur. Təsadüfi sızmalar nəticəsində itirilən məlumatların həcmi 47 faiz – 880 milyon məlumatadək azalıb.

Cinayətkarlar şirkətlərə daha çox (87,2 faiz) fərdi məlumatların oğurlanması üçün hücum edirlər. Populyarlığa görə ikinci hədəf maliyyə məlumatlarının ələ keçirilməsidir (2018-ci ilin birinci yarısında burada sızmanın həcmi 359 milyon məlumata bərabər olub). Sonrakı yerdə hesab məlumatlarının sızması (ələ keçirilən 220 milyon məlumat nümunəsi) yer alıb.

İri sosial şəbəkələr, o cümlədən “Twitter” və “Facebook” oğurlanmış məlumatların sayına görə liderdir. Sonrakı mövqelərdə dövlət müəssisələri yer alıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oyun və film

Aladdin filminin tam fraqmenti yayımlandı: tarix bəlli oldu

Oğru Ələddin, Prəses Yasemin və Mavi Cinin macərasından söz açılan "Aladdin" və ya bir başqa adı ilə tanıdığımız "Ələddinin Sehrli Çırağı

Fortnite Fanları, Mövsüm 6da sirli dünya sizi gözləyir!

İlk baxışda Brite Bomber yalnız bənövşəyi sırğa toxunur kimi görünsə də, bəzi diqqətli adamlar küpdə yaranan əks olunmada qəhrəmanımızın şeytanı bir versiyanın göründ

Deadpool-un üçüncü filmi ilə bağlı şad xəbər

Filmin yaradıcıları Ryan Reynolds-un yaxın zamanda rola geri qayıdacağını deyir.

Chip.az xəbər verir ki, Deadpool

Angelina Jolie Marvel-in super qəhrəmanlardan ibarət ailəsinə qoşulacaq

Chip.az bildirir ki, Hollywood-dan son yayımlanan xəbərlərə görə, ulduz oyunçu Angelina Jolie, Marvel-in yeni istehsalı The Ete

Game of Thrones bölümlərini yükləmək istəyənlərə Malware xəbərdarlığı verildi

Chip.az bildirir ki, Kaspersky Lab apardıqları araşdırmalar nəticəsində serialı qeyri-qanuni linklərlə yükləyən istifadəçilərin kompüterlərinin