“Texnologiya və sahibkarlıq” mövzusunda seminar keçirilib

  • 10 Oktyabr 2018


Chip.az bildirir ki, ilk olaraq Binəqədi Gənclər Evində yaponiyalı ixtiraçı ilə gənclərin görüşü keçirilib. Yaponiyadan öz robotları ilə gəlmiş tanınmış robotexnika mühəndisi K.İşiqami gənclərə robotlardan ibarət xüsusi hazırlanmış proqram nümayiş etdirib, həmçinin "Texnologiya və sahibkarlıq", "Humanoid robotlar", "Əşyalar interneti" mövzularında seminar keçib.
 
Nazirlik tərəfindən internet üzərindən yaradılan qeydiyyat səhifəsi vasitəsi ilə 14 yaşdan yuxarı məktəblilər və ya tələbələrin seminarda pulsuz iştirakı təmin olunub. Bunun üçün iştirakçılardan sosial şəbəkə səhifələrində (instagram, facebook və s.) #ideyadanbiznesə,  #‎i2b, #hightechpark, #itfund, #innovation heşteqləri altında robotexnika ilə bağlı kreativ statuslar paylaşmağı və paylaşdıqları statusun "skrinşot"unu qeydiyyat bölməsinə əlavə edərək müraciət etmələri xahiş olunmuşdu. Beləliklə, qeydiyyatdan keçən 41 nəfər seminarda ödənişsiz iştirak edib.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır