Azərbaycanda internetin sürəti niyə çox zəifdir?Provayderlər kef edirlər – EKSPERT RƏYİ

  • 09 Oktyabr 2018
  • 79

Ancaq Azərbaycanda internet bazarında problemlər var. Belə ki, dövlət provayderlərinin internet bazarında payı 50 faizdən çoxdur". Bunu Sonxeber.az-a "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib.

Dövlət provayderləri bazarı ələ keçirib

Onun sözlərinə görə, "Aztelecom", "Bactelecom" və "Azercell" bazardakı payın yarısından çoxuna sahibdirlər və bunlar dövlətin provayderləridirlər: "Və bazardakı qayda-qanunları da bazarın özü deyil, bazar payının yarısından çoxunu tutan dövlət provayderləri müəyyənləşdirir. Bizdə bir qədər anormal vəziyyət var".

O. Gündüz hesab edir ki, dövlət provayderlərinin bazar payındakı çəkisi 50 faizdən çox olduğuna görə qiymətlərin tənzimlənməsinə və internetin keyfiyyətinə dövlət nəzarət etməlidir: "Əks halda internetə görə qiymətin endirilməsi və keyfiyyətin yaxşılaşdırılması mümkün deyil".


İnternetin qiymətini endirmək mümkündür?

AİF Prezidenti internetin qiymətinin endirilməsi mümkünlüyü məsələsinə toxunaraq qeyd edib: "Azərbaycanda internet qiymətlərinin aşağı düşməsinin tarixçəsinə baxsaq görərik ki, qiyməti bazar endirmir, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi edir. Həmişə belə olub. Nazirlik öz provayderlərinə tapşırıq verir, onlar qiyməti aşağı salırlar, sonra da özəl provayderlər eyni addımı atırlar".

Provayderlər kef edirlər

Ekspertin fikrincə, hazırda Azərbaycanın internet bazarında xoşagəlməz tendensiya var: "Artıq hamı elə bil ki, mövcud nəzarətsizlik şəraitdən istifadə edərək öz işindədir. Bu sahədə ya dövlət nəzarəti yetərincə deyil, ya da ictimai nəzarət imkanları kifayət etmir. Belə olan halda provayderlər düzünü desək kef edirlər. Yəni istehlakçıların hüquqlarını pozurlar, müqavilədə göstərilən internet sürətini vermirlər, qiymətləri baha saxlayırlar və s".

İstifadəçilər məhkəməyə müraciət etməlidirlər

Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi buna nəhayət son qoymalıdırlar: "İnternet istifadəçiləri isə keyfiyyətli xidmətin göstərilməsi üçün son instansiya olaraq məhkəməyə müraciət etməlidirlər".

Azərbaycan üzrə göstərici biabırçı rəqəmdir

AİF prezidenti diqqətə çatdırıb ki, Azərbaycanda internetin sürəti və keyfiyyəti digər ölkələrlə müqayisədə olduqca aşağıdır: "Azərbaycanda hətta adambaşına düşən orta internet sürəti əvvəlki illərlə müqayisədə aşağı düşüb. Əvvəllər bizdə orta sürət 3-4, 5 meqabitin ətrafında olduğu halda indi statistakaya əsasən, söhbət 2,5 və 2,8 meqabitdən gedir. Bu artıq anormal vəziyyətdir, izahı yoxdur. Dünyada orta göstərici 7-8, Avropada isə təqribən 40 meqabitdir. Belə olan halda Azərbaycan üzrə göstərici hədsiz dərəcədə biabırçı rəqəmdir. Qonşu ölkələrlə müqayisə etikdə bizdə internetin sürəti olduqca aşağı və qiymət kifayət qədər bahadır. Aidiyyəti qurumlar bunun fərqində olmalıdırlar".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

iPhone- u MacBook ilə, Apple Watch-ı isə iPhone ilə batareya doldurması etmək olacaq

Belə ki, patent sorğusunda cərəyanı hər iki istiqamətdə ötürə bilən yeni cihazdan bəhs olunur. Beləliklə nəzəri cəhətdən iPad və ya MacBook heç bir naqil olmadan iPhone X v

Samsungun Yeni Qırılmaz Ekranı, Qorilla Glass 6-a Şillə Vura bilərmi?

Ən çox üstünlük verilən ekran texnologiyası Qorilla Glasstan nə qədər yaxşı olacaq?
Samsungun 6.2 düym böyüklüyündəki plastik xəlitəli, çevik və qırılmaz olaraq tan

Almaniyada iPhonelər şəxsiyyət vəsiqəsi kimi istifadə olunacaq

Müasir dövrdə smartfonlar sahibləri üçün önəmli rol oynayır.

Chip.az xəbər verir ki, yaxın gələcəkdə Almaniyada yaşayan və ya ölkən

Redmi Note 8 Pro-nun xüsusiyyətləri açıqlandı

Redmi, Xiaomi-dən ayrıldıqdan sonra yeni bir marka halına gələrək gündəmdə qalmağı bacarır.  Bu dəfə  Redmi Note 8 Pro yeni xüsusiyyətləri ilə gündəmdədir.

Samsungun platformasına yeni qurğular əlavə edildi

Bu günümüzdə mobil tətbiqlər vasitəsilə idarə oluna bilən yüngül ampüller, qızdırıcılar, kondisionerlər, televizorlar və s. kimi elektron cihazlar üçün Samsungun Smart