“Google+” sosial şəbəkəsinin fəaliyyəti dayandırılacaq

  • 09 Oktyabr 2018
  • 52


Chip.az “RİA Novosti” resursuna istinadən yazır ki, məlumatda qeyd olunur ki, sosial şəbəkənin dəstəklənməsi ilə əlaqədar çətinliklər və “Google+” şəbəkəsinin istifadəçi versiyasının populyarlığının az olması nəzərə alınaraq onun fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul edilib. “İstifadəçilər məlumatların saxlanılması və köçürülməsi üzrə təlimatlarla təmin ediləcək”, - məlumatda bildirilir.  

Həmçinin qeyd olunur ki, servisin istifadəçilər arasında populyarlığı aşağı olub – istifadəçilərin 90 faizi şəbəkədə təxminən 5 saniyə vaxt keçirib.

Bundan əlavə, şirkət “Google+”-da 500 min istifadəçinin hesab məlumatlarına şamil edilən boşluq barədə məlumat verib.

Sosial şəbəkənin proqram təminatında nasazlıq kənar tərtibatçılara 2015-ci ildən 2018-ci ilin martınadək istifadəçi profillərinin məlumatlarına çıxış imkanı yaradıb. Səhv daxili təhqiqat nəticəsində aşkarlanaraq aradan qaldırılıb. Proqram təminatının işindəki nasazlıqdan 438 əlavənin istifadə etdiyi ehtimal olunur, lakin əlavələrdən azı birinin ondan istifadə etməsi və ya tərtibatçıların onun haqqında məlumatlı olmaları barədə sübutlar yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Robotlar

İnsanabənzər robot tikinti işlərində kömək edəcək (VİDEO)

Chip.az “NEWSru” resursuna istinadən yazır ki, “HPR-5P” robotu ev işlər

Robotlaşdırma və avtomatlaşdırma bütün dünyada qul əməyinin böyüməsinə səbəb ola bilər

  İngiltərənin Verisk Maplecroft konsaltinq şirkətinin proqnozlarına əsasən ink

Saxta içkiləri aşkar edə bilən süni dil hazırlandı

Elm adamları, saxta alkoqol ticarətinin qarşısını almaq olan süni dil istehsal etməyə müvəffəq oldular. Cihaz fərqli

Sperma nümunəsi almaq üçün dizayn edilən robot

Çində sperma donorları üçün çox fərqli bir üsul istifadəyə verilib . Sperma ianə etmək istəyənlər üçün inkişaf etdirilən və cinsi