“Voyager-2” aparatı Günəş sistemini tərk etməyə hazırlaşır

  • 08 Oktyabr 2018
  • 59


Chip.az “Naukatv” resursuna istinadən yazır ki, məlumata görə, “Voyager-2” peyki 20 avqust 1977-ci ildə Günəş sisteminin uzaq planetlərinin tədqiqi üçün “Voyager” proqramı çərçivəsində buraxılıb. Bu, Uran və Neptuna çatan ilk və yeganə aparatdır. “Voyager-2” səyahət etdiyi illər ərzində təxminən 17,7 milyard km uçub ki, bu da Yerdən Günəşədək olan məsafəni 118 dəfə üstələyir. “NASA” nümayəndələri bildirib ki, aparat tərəfindən Günəş sisteminin kənarında mövcud olan kosmik şüaların enerjisinin artımı qeydə alınıb. Bu isə ondan xəbər verir ki, aparat heliosferin (heliosphere) sərhədlərinin sonuna yaxınlaşıb. “Voyager-2” onun kənarından çıxdıqdan sonra insan tərəfindən yaradılan ulduzlararası sahəyə daxil olan ikinci obyekt (“Voyager-1” aparatından sonra) olacaq.  

Qeyd olunur ki, avqustun sonundan “Voyager-2” peykinin detektorları tərəfindən aparata düşən kosmik şüaların sürətinin avqustun əvvəli ilə müqayisədə 5 faiz artdığı müşahidə edilib. Şüaların bir qisminin heliosferlə bloklanması ilə əlaqədar olaraq mütəxəssislər aparatın heliosfer sərhədlərinə yaxınlaşdığı və keçdiyi zaman kosmik şüaların artımını qeydə alacağını gözləyirlər. Lakin missiya qrupunun üzvləri vurğulayır ki, kosmik şüaların güclənməsi zondun heliopauza (Heliopause) sərhədini keçməyə hazırlaşması kimi başa düşülməməlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

iPhone bahalaşacaq

ABŞ prezidenti Donald Tramp Çindən gələn mallara vergi tətbiqini həyata keçirəcəyi üçün “iPhone”-un da bahalaşacağına səbəb olacaq.

Tarixdə ilk dəfə Marsda zəlzələ səsi qeydə alınıb (Video)

Kosmik obyektlərin kəşf edilməsi üçün qonşu planetlərə və göy cisimlərinə müəyyən vasitələr göndərilir.

Chip.az  xəbər verir ki, 20

Sosial media fenomeni qəzada öldü

Sosial media fenomeni Emily Hartridge elektrikli skuteri ilə gəzintiyə çıxarkən bir yük maşını ilə  toqquşması nəticəsində həyatını itirib. Sosial media fenomeni və tel

“Orange” və “Google” arasında tərəfdaşlıq haqqında saziş imzalanıb

Bu barədə Fransa telekommunikasiya operatorunun nümayəndəsi bildirib.
Chip.az "

Real TV-nin yerüstü yayımına başlanılıb

Chip.az xəbər verir ki, sözügedən qərara uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio Televiziya yayımı və Peyk rabitəsi İst