Mətbuatda, sosial şəbəkədə təhqirə və böhtana görə yeni cəza təklif olunur - DETALLAR

  • 08 Oktyabr 2018
  • 68
 Hər iki maddənin sanksiyaları sırasına "Azadlığın məhdudlaşdırılması” cəzasının da əlavə edilməsi təklif edilir.
 Təklifə əsasən hər üç maddənin sanksiyaları sırasına 1 ilədək azadlığın məhdudlaşdırılması cəzası əlavə edilir.
 Hazırda qüvvədə olan varianta görə isə, 147-ci maddədə (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) sanksiyalar 1000 manatdan 1500 manatadək miqdarda cərimə ilə və ya 240 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalarından ibarətdir.
 
Maddə 148-də də (Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma) cəzalar yuxardakı sanksiyalar qədərdir.
 
Maddə 148-1-də isə (İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə) sanksiyalar hazırda 1000 manatdan 2000 manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya 2 ilədək islah işləri və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə cəzalarından ibarətdir.
 
Xatırladaq ki, "azadlığın məhdudlaşdırılması” cəzası ötən il Cinayət Məcəlləsinə yeni cəza növü kimi əlavə olunub

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Programlar

Bank hakerlərin hücumuna məruz qalıb

Çilidə bank kiber cinayətkarların hücumuna məruz qalıb.

ichip.az xarici mediaya istinadən bildirir ki, onlar 10 milyon dolla

YouTube arxa planda qalan kanallara yardımçı olacaq

Chip.az bildirir ki, YouTube platformasında tanınmış kanallardan əlavə yeni və yüksək keyfiyyətli videolar yayımlayan kanalları önə çıxartmaq üçün yeni tətbi

“Facebook” 2020-ci ilin sonunadək tamamilə bərpa olunan enerji mənbələrinə keçməyi planlaşdırır

2020-ci ilin sonunadək “Facebook” sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan isti

WhatsApp qeyri-rəsmi tətbiq istifadəçilərinin hesabını bağlayır

Sözügedən istifadəçilər danışıq tarixçələrinə və hesablarına yenidən daxil olmaq istəyirlərsə, tətbiqin rəsmi və mövcud versiyasını yükləməlidirlər.

C

Bu oteldə insanlar çalışmır - Dünyada ilk

Chip.az xəbər verir ki, Çinin Çendu şəhərində açılan otel turizm sektorunda ilkə imza atmağı bacarıb.

Bu otelin girişində müştəriləri sima tanıma sistemi ilə təchiz