Eşitmə və görmə məhdudiyyəti olanlar üçün texnoloji yeniliklər

  • 08 Oktyabr 2018

İxtiraçı Hadil Ayub qara əlcəyi əlinə taxır və tanınan işarə dilinin hərəkətlərini etməyə başlayır. Biləyindəki düyməni basanda isə kiçik spikerdə səsli mesaj eşidilir.

Ayub BrightSign cihazının ixtira edib.

Hadil Ayub, BrightSign: “Mənim arzum eşitmə məhdudiyyəti olanların fikirlərini işarə dilini bilən insanları axtarmadan izah etmələrinə yardımçı olacaq texnologiya hazırlamaq idi. Bu cihaz onlara öz ünsiyyətlərinə nəzarət müstəqilliyi verəcək.”

O deyir ki, hər əlcəyin bazar dəyəri təxminən bir neçə yüz dollar olacaq. Necə çalışacağını da belə izah edir.

Hadil Ayub: “Bu, rəqəmsal əlcək adlanır və müxtəlif sensorlarla təchiz edilib ki, əlin hərəkətlərini müəyyən edə bilsin. Sensorlardan biri sənin barmaqlarının neçə dəfə yığıldığını sayır. Digəri əlin dəqiq harada olduğunu ölçür. Beləliklə bu məlumat 3D formatında kompüterə ötürülür. Mən işarə dili ilə bir şey izah edəndə, kompüter bunu təhlil edib, spiker vasitəsilə səsləndirir.”

Görmə məhdudiyyətləri olan insanlar üçün də yeni cihazlar var. 

Ford Motor şirkəti İtaliya starapı ilə çalışaraq, görə bilməyənlər üçün maşından kənarda olan görüntünü hiss etməyə yardım edən cihaz hazırlayıb. Bu texnologiya işığı vibrasiyalar halına salır. Həmin vibrasiyalara əlavə olaraq, səsli izahı dinləyəndə pəncərədən kənardakı görüntü haqqında təsəvvürə malik olursan.

Keçən il Microsoft “Seeing Al” proqramını təqdim etdi. Proqram smartfonu danışan kameraya çevirir. Bu, görmə məhdudiyyətli olan insanlara mətni oxumağa və üzləri tanımağa kömək edir. 

Pol Bepinin görmə məhdudiyyəti var və o tək yaşayır. Seeing Al proqramını istifadə edərək, qida, su və digər şeyləri tapa bilir.

Pol Bepi, Seeing Al istifadəçisi: “Sözün əsl mənasında cibində səni gücləndirən cihaz daşıyırsan.”

Təhlilçilər deyir ki, görmə və eşitmə qabiliyyətini gücləndirən cihazlar texnoloji bazarda öz yerini getdikcə daha da möhkəmlədəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər

Startap