The Walking Dead mobil oyununu Skybound Games tamamlayacaq

  • 08 Oktyabr 2018

Telltale Games ani bir qərarla əməkdaşlarının demək olar ki, hamısını işdən çıxarmasının ardından ağıllara gələn ilk suallardan biri də, son mövsümü davam edən The Walking Dead mobil oyununun aqibətinin nə olacağı olmuşdu. Telltale mövsümün başa çatması üçün əlindən gələni edəcəyini açıqladıqdan sonra şirkətə gözlədiyi yardım əli də uzandı.

Bu yardım əli isə The Walking Deadin necə deyərlər "atasından" gəlib. Macəra cizgi roman kimi başlayan Robert Kirkman-ın studiyası Skybound Games, mobil oyunun son mövsümünün tamamlanmasında Telltale-nin heyəti ilə birlikdə çalışacaq. Skybound, Telltale Gamesin The Walking Dead oyununun inkişaf prosesinə ən başdan bu yana töhfə verir. Beləliklə, studiyanın bu halda dövrəyə girməsinə çox da təəccüblənməmək lazımdır. Bu həmlə macəraya layiq olduğu sonu təmin etmək üçün dəstək olmanın yanında bir növ nəzakət nümunəsi kimi dəyərləndirmək də olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır