GameIndustry.Biz, FİFA 19un satışa çıxandan sonra 2018in ən çox satan oyunu olduğunu bildirmişdi, ancaq FİFA 19, satış bazasında FİFA 18-ə görə 25% daha az satılıb.
Satışlardakı bu azalmanı təhlil etmək lazım gələrsə, illər keçdikcə insanların CD almaq əvəzinə oyunları yükləməyi üstün tutduqlarını deyə bilərik. Yən satışların aşağı düşməsi heç də sürpriz olmadı. Ancaq 25%-lik bir azalma gözlənildiyindən çox daha çox olduğu üçün burada Fortnite-nın bir təsirini görə bilərik. İngiltərədə Fortnite və FİFA oyunçuları arasında ciddi bir kəsişmə var və FİFA 19, Fortniteın gözlənilən 6-ci mövsümünün gəlişi ilə eyni həftə çıxış edib. Yüksək ehtimalla uşaqlar, ailələrindən yeni FİFA oyunu üçün £40 istəmək əvəzinə pulsuz şəkildə bir-birilərinə yükləməyi seçiblər.