“Windows” istifadəçiləri yeniləmədən sonra faylların itməsindən şikayət edirlər

  • 06 Oktyabr 2018

Bəzi istifadəçilər sosial şəbəkə və "Reddit" portalında bu barədə post dərc edərək şikayət ediblər.
 
Chip.az "life.ru" saytına istinadən yazır ki, onların sözlərinə görə, sözügedən yeniləməni quraşdırdıqdan sonra bəzi istifadəçilərdə "Şəkillər", "Yükləmələr", "Sənədlər" və "Musiqi" qovluqlarında yerləşən bütün fayllar, sadəcə, itir.
 
İndi istifadəçilər itmiş faylları bərpa etmək üsulunu axtarır. Əsas variantlar aşağıdakılardır: "bulud" saxlanc sistemi vasitəsilə  və ya köhnə əməliyyat sisteminə aid bütün faylların saxlanıldığı "Windows.old" qovluğu vasitəsilə.
 
Məlumat üçün bildirək ki, "Microsoft" korporasiyası "Windows 10 October 2018 Update" yeniləməsini oktyabrın 3-də təqdim edib. Əsas yenilik olan "Sizin telefonunuz" mobil proqramı vasitəsilə "Android" sisteminin idarəetməsi altında işləyən smartfondan faylları kompüterə göndərmək, həmçinin SMS mesajlar qəbul etmək və göndərmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər