Instagramdan Ad Etiketi Xüsusiyyəti!

  • 05 Oktyabr 2018

Xüsusiyyət sayəsində gerçək həyatda tanış olan insanların Instagram üzərində daha asan tapılması məqsədi güdür. Bu etiket fərqli dizayn, rəng və qabartmalarla fərdiləşdirilə bilinir. Instagram-ın yeni xüsusiyyətindən istifadə etmək üçün istifadəçilərin əvvəl öz profilinə getməsi lazımdır. Profil səhifəsində sağ üstdə olan menyu təsvirinə toxunduqda açılan paneldə Ad Etiketi variantı görünür. Burada istifadəçilər öz etiketlərini görürlər. Ekranın aşağı hissəsindəki "Ad etiketi" yazısına toxunduqda isə kamera aktiv hala gəlir və başqa istifadəçilərin etiketləri axtarılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır