Çox Yaxında Instagram Məkan Göstəriciləriniz Facebook İlə Paylaşılacaq

  • 05 Oktyabr 2018

Bu proseslərin ardından Instagram, Facebookun yaxşıdan yaxşıya əlinə keçmiş və dünyanın ən böyük sosial media nəhənginin Instagram ilə bağlı növbəti həmləsi maraqla gözləməyə başlanmışdı. Facebookun Instagrama gətirəcəyi ən yeni xüsusiyyət, Instagram istifadəçilərinin məkan məlumatlarını Facebook ilə bölüşmək olacaq. Bəli, Facebookun yeni "məxfilik xüsusiyyəti, Instagram istifadəçilərinin bütün coğrafi məlumatlarını Facebookun məlumat bazası ilə bölüşmək olacaq. Beləliklə, sosial media nəhəngi istifadəçilər üçün daha yaxşı bir reklam profili yaradacaq və daha məqsədəuyğun reklamlar göstərərək gəlirlərini artıracaq. Əlbəttə ki, bu məxfilik Instagram üzərindən bağlana biləcəm, amma yəqin ki, yayımlandığı anda fərz edilən olaraq açıq olacaq. Dolayısı ilə xüsusiyyətdən bixəbər olan on milyonlarla Instagram istifadəçisi məkan göstəricilərini ani olaraq Facebook ilə bölüşəcəklər. Facebookun Tədbir Gündəliyi səhifəsini ziyarət edərək paylaşılan məkan məlumatlarını idarə edə biləcəksiniz. Yəni istəsəniz, o gün haraları ziyarət etdiyinizi sizin qədər Facebook da biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər