Paris Motor Showda sərgiyə çıxan Alman brendinin uğurlu SUV nümayəndəsi Yeni Bmw X5, uzanan boyu, genişlənən gövdəsi və sələfinə nisbətən daha hündür boyuyla diqqətləri üzərinə çəkdi. Həmçinin Bmw-nin bildirdiyi kimi, maşının arxa cərgəsi bizə, əvvəlki modelinə görə daha çox yaşayış sahəsi təqdim edəcək. Yeni X5-in iç məkanında daha minimalist dizayn anlayışı seçilib. Maşının ön konsolda isə 12.3 düym ölçüsündə bir infotainment ekran var. İstənildiyi təqdirdə avtomobilin hündürlüyü yerdən 8 sm-ə qədər artırıla bilir. Yeni X5, yol assistenti və təcili əyləc assistenti kimi bir çox təhlükəsizlik avadanlığı ilə birlikdə gəlir. İngiltərədə iki dizel və bir benzin mühərrik variantı satışa təqdim olunacaq.