Fiziki imkanları məhdud şəxslərə kömək üçün “Google” mobil proqramı istifadəyə verilib

  • 04 Oktyabr 2018

Yeni əlavə fiziki imkanları məhdud şəxslərin mobil telefondan istifadəsini sadələşdirmək məqsədi daşıyır. Bu barədə şirkətin rəsmi bloqunda deyilir.Chip.az “TASS” resursuna istinadən yazır ki, “Voice Access” istifadəçilərə səsli komandalar vasitəsilə və əllərdən istifadə etmədən mətnləri yaratmaq və redaktə etmək, əlavələri dəyişmək, əlavələr daxilində “düymələr” basmaq və interfeys elementlərini idarə etmək üçün şərait yaradacaq.


İngilisdilli əlavəni “Google Play” mağazasında yükləmək olar. Gələcəkdə tərtibatçılar tərəfindən digər dil versiyalarının istifadəyə verilməsi planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər