“Microsoft” yeni qurğularını təqdim edib

  • 04 Oktyabr 2018
  • 41


 
"Microsoft Surface Pro 6"
 
Yenilənmiş "Surface" planşeti 8-ci nəsil "Intel Core" prosessorları ilə təchiz edilib, həmçinin planşetin qara rəngli versiyası əlçatan olub.
 
"ICTnews" Elektron Xəbər Xidməti "hitech.newsru.ru" saytına istinadən yazır ki, şirkətin nümayəndəsi bildirib ki, "Surface Pro 6" qurğusu, həmçinin təkmilləşdirilmiş soyutma sisteminə malikdir və 4 nüvəli prosessorları dəstəkləyir. Məlumata görə, yeni planşet əvvəlki nəsil "Surface Pro" planşetindən 67% daha məhsuldardır. Bundan başqa, yeni planşet enerjiyə qənaətcildir: 13,5 saatadək avtonom işləmə müddətinə malikdir.
 
Digər texniki xüsusiyyətlər olduğu kimi qalıb. Planşet əvvəlki kimi 2736x1824 piksel təsvir ölçülü 12,3 düymlük ekranla təchiz edilib və kənar klaviaturanı dəstəkləyir. Oktyabrın 16-da satışa çıxarılacaq planşetin qiyməti 899 ABŞ dollarından başlayacaq.
 
 
"Surface Laptop 2"
 
"Surface Laptop" noutbukunun ikinci nəsli 2 il bundan əvvəl təqdim edilmiş modeli əvəz edəcək. Yenilənmiş "Surface Pro" planşetində olduğu kimi, noutbuk da 8-ci nəsil "Intel" prosessorlarını dəstəkləyir. Bunun sayəsində cihazın məhsuldarlığı 85% yüksəlib. Noutbukun əməli yaddaş tutumu 4-dən 8 QB-dək artırılıb, əsas SSD yaddaşın minimal tutumu əvvəlki kimi 128 QB təşkil edir.
 
Noutbukun displeyi əvvəlki kimi 2256x1504 piksel təsvir ölçülü 13,5 düym diaqonala malikdir. Video izləmə rejimində avtonom iş müddəti 14 saatdan çox təşkil edir. Nəhayət, noutbuk əvvəlki kimi "USB 3.0" və "Mini DisplayPort" konnektorları ilə təchiz edilib, amma gözləntilərin əksinə olaraq "USB Type-C" portu yoxdur.
 
Oktyabrın 16-da bazara çıxarılacaq və qara rəngdə əlçatan olacaq "Microsoft"un yeni noutbukunun ən ucuz versiyasının qiyməti 999 dollar təşkil edəcək.
 
"Surface Studio 2"
 
Şirkət, həmçinin "Surface Studio" monoblokunun yeni nəslini təqdim edib. Yaradıcılıqla məşğul olan insanlar üçün nəzərdə tutulmuş fərdi kompüter 4500x3000 piksel təsvir ölçülü 28 düymlük displey, 1 və ya 2 TB-lıq daxili yaddaş, 16 və ya 32 QB-lıq əməli yaddaşla təchiz edilib. Yeni prosessor və videokart sayəsində monoblokun məhsuldarlığı 35%, qrafika ilə iş vaxtı məhsuldarlıq isə 50% yüksəlib.
 
"Microsoft Surface Studio 2 " monobloku noyabrın 15-də satışa çıxarılacaq. 8-ci nəsil "Intel Core i7" prosessoru, 16 QB-lıq əməli yaddaş və 1 TB-lıq əsas yaddaşa malik standart versiyanın qiyməti 3500 dollar təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Telefonlar

"Tesla"nın ilk mobil telefonu - FOTO

Chip.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətlə yaxın əlaqələri olan etibarlı mənbə “Tesla”nın istehsal edəcəyi ilk m

Energizer 5G dəstəkli Power Max P8100S smartfonunu təqdim etdi

Chip.az bildirir ki, Energizer MWC 2019-da nümayiş etdirdiyi qatlanan telefonlar arasında yeni bir nümayəndə - 5G bağlantını

Uyğun Qiymətdə İddialı LG Q7ler Gəldi!

LG nin yeni orta səviyyə telefonu, bazarda üç fərqli şəkildə özünə yer tapacaq (və bir az baş qarışdıracaq): Q7, Q7 Plus və Q7 Alpha. Telefonların üçü də 5,5 düyümlük ekr

Huawei, Honor Magic 2 modelini tanıtdı

Son dövrdə başlayan kampaniyasının bəzi təbəqələr tərəfindən bəyənilməməsini dəyərləndirən Honor, Magic 2 ilə fərqli  təcrübə verir. Magic 2 modeli  bütöv ekran diza

Xiaomi Mi 8X 19 sentyabrda gözler önünə çıxacaq!

Bu hərəkətlilik qarşıdakı dövrdə də davam edəcək. Apple-nin yeni iphone tanıdılmasının ardından gözlər digər istehsalçılara çevrildi. LG, Google, Huawei kimi şirkətlər ok