“Google” başlanğıc ayar kimi axtarış sistemi status üçün 9 milyard dollar ödəyəcək

  • 01 Oktyabr 2018


 “Business Insider” nəşri yazır ki, gələn il ödəniş məbləği 12 milyard dollaradək artacaq. Ötən il “Google” bu seçim üçün 3 milyard dollar ödəmişdi.
 Chip.az “iz.ru” saytına istinadən yazır ki, məlumata görə, illik ödənişin məbləği “iOS” sisteminin idarəetməsi altında işləyən qurğularda “Siri” səsli köməkçisi və “Safari” brauzerindən “Google” axtarış sisteminə edilmiş sorğulara görə hesablanır.
 
Analitiklərin fikrincə, “Google” üçün başlanğıc ayar kimi axtarış sistemi statusundan imtina etmək əlverişsizdir, çünki “Apple” sözügedən axtarış sistemi üçün ən böyük trafik mənbələrindən biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır