Şəkər Bu Üsulla İnsanların Həyatını Xilas Edə bilər: Bəs Necə?

  • 01 Oktyabr 2018

Görülən işlər nəticəsində xəstəliklərin orqanizmə verdikləri bioloji siqnalları izləyən, bədəninizdəki şəkəri istifadə edən bir sensor inkişaf etdirildi.
Washington State Universiteti tədqiqatçılarının apardığı son işlər, şəkərin ilk dəfə insan sağlamlığına faydalı bir şəkildə istifadə edilməsini təmin edə bilər. Bəli, səhv oxumadınız; Şəkər gələcəkdə həyatınızı xilas edə bilər. Normal şərtlərdə xəstəlikləri müəyyən etmək üçün istifadə edilən biyo-sensörler uzun müddət ərzində istifadə edilməzlər, çünki enerjiləri tez tükənir. Biyo-sensörlerin ən böyük problemi də elə budur. Bundan başqa, bu sensorların böyük bir hissəsi dəri üzərinə yapışdırılaraq istifadə edilir. Qısaca bədəninizə yeridiləcək və daim çalışacaq sensor texnologiyası tapmaq mümkün deyil. Məsələn, hələ də diabet xəstəliyini aşkar etmək və ölçü aparmaq üçün barmaqlarımız deşilir. İnkişaf etdirilən sensor hələ qanımızda dolaşacaq qədər kiçik olmasa da ümid vəd verir. Normalda bir çox xəstəliyin səbəbkarı olan şəkər, gələcəkdə insanların həyatını xilas etməyə artıq çox yaxındır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır