Avropa İttifaqında 1 milyard avroluq superkompüter yaradılacaq

  • 29 Sentyabr 2018
  • 51



Chip.az “DW” resursuna istinadən yazır ki, Avropa Komissiyasının məlumatına görə, noyabrda Lüksemburqda açılacaq Avropa hesablama mərkəzinin yaradılmasında 24 ölkə, o cümlədən Aİ-yə daxil olmayan Norveç iştirak edir.  
 
Bildirilir ki, layihənin həyata keçirilməsi üçün 485 milyon avro Aİ büdcəsindən daxil olacaq, 400 milyon avro iştirakçı ölkələr, daha 400 milyon avro isə özəl şirkətlər tərəfindən ayrılacaq. Bu vəsaitlərlə dünyada ən güclü kompüterlər beşliyinə daxil olan 2, eləcə də dünyada ilk iyirmibeşlikdə yer alan daha 2 superkompüterin alınması planlaşdırılır. Lüksemburq hesablama mərkəzi Avropa ölkələrinin superkompüterlərini vahid şəbəkədə birləşdirəcək.

Qeyd edək ki, dünyada ən güclü superkompüter ABŞ-da tikilib. İyunda işə salınan “Summit” hesablayıcı qurğusu ABŞ-ın Oak Ric Milli Laboratoriyasında yaradılıb. Kompüterin gücü 200 petaflops və ya saniyədə 200 min trilyon hesablama təşkil edir. Bunadək dünya reytinqində birincilik 93 petaflops göstərici ilə Çinin “Sunway TaihuLight” superkompüterinə məxsus olub. Almaniyanın ən güclü “Juwels” superkompüteri ölkənin qərbində Yulix tədqiqat mərkəzində yerləşir. Gücü 6,2 petaflopsa bərabər olan “Juwels” dünyanın ən güclü 500 superkompüteri siyahısında 23-cü yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Ümumi xəbər

Bakıya 70 ədəd "Avro 6" sərnişin avtobusu gətirilir

Chip.az xəbər verir ki, bu barədə “Xaliq Faiqoğlu” MMC-dən məlumat verilib.

Məlumatda bildirilir ki. şirkət bu barədə tədbirlərini davam

Artıq GoPro Hero 7 ilə canlı yayıma qoşulmaq mümkündür

Chip.az bildirirki, artıq GoPro Hero 7 ilə birbaşa YouTube-da canlı yayıma qoşulmaq asanlaşacaq.

Yenidən üzərində dəyişikliklər edilən  G

Kaspersky Lab rəqəmsal əkizlərin qara bazarını aşkarlayıb

Chip.az xəbər verir ki, "Kaspersky Lab" 2019-cu ilin fevral ayında “Genesis”online-mağazasını aşkarladı. Bu mağazada qiyməti 5 min dollardan 200 min dollara qədər

ABŞ-ın divarsız sərhəd təhlükəsizlik sistemi, CES-də təqdim olundu

Qeyd edək ki, ABŞ (Amerika Birləşmiş Ştatları) prezidenti Donald Trump-un Meksika sərhədində qurulmasını planladığı divar, böyük mübahisələr yaradıb və bir çox komediyaçı

Fotoları 3D ölçülü rəngli holoqrafik əks etdirən ekran dizayn edildi

Chip.az bildirir ki, Koreya İrəli Elm və Texnologiya İnstitutundan olan bir qrup holoqrafik görüntüləri telefondan əks etdirmək üçün bir ekran hazırladıqlarını q