Neyroşəbəkə insan kütləsində silahlı şəxsləri axtaracaq

  • 29 Sentyabr 2018



Chip.az “Life” resursuna istinadən yazır ki, xüsusi alqoritm insan axınında silaha malik şəxsi müəyyənləşdirə bilir. Bunun üçün sistem müşahidə kameralarına qoşularaq insanların xarici görünüşünü və davranışını analiz edir. Neyroşəbəkə şübhəli şəxsi aşkarlayan zaman polisə bu barədə məlumat verəcək.    

Sistem Pensilvaniya ştatında yerləşən Vud orta məktəbində sınaqdan keçirilib. “Athena Security” nümayəndələrinin sözlərinə görə, sistem girişdə axtarışın aparılması və metal detoktorlarının quraşdırılması ilə müqayisədə daha “yumşaq” nəzarət mexanizmidir.

Qeyd edək ki, təhsil müəssisələrində atışma hallarının baş verməsi ABŞ-da aktual problemdir. Statistikaya görə, 2017-ci ildə ölkə məktəblərində 346 atışma hadisəsi qeydə alınıb.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır