Aktyorları Star Wars Dünyasının İçinə Alacaq VR Oyunu: Vader Immortal

  • 27 Sentyabr 2018

Oculus-un yaxınlarda tanıtdığı Quest headseti ile uyğun olacaq olan oyun, 3 hissədən ibarət olacaq. Yayımlanan kiçik  fraqment ilə  oyunun 2019-ci ildə çıxacağını bildirir. Lucasfilm, məsələnin "daha əvvəl izah edilməmiş" olduğunu bildirərkən, klassik Star Wars ənənəsində olduğu kimi 3 əsas hissədən ibarət olacağını dilə gətirdi. Oyunun hekayəsini isə Qara Cəngavər filminin müəllifi Devid Samuel Goyer yazır. Bu oyun isə Lucasfilm və Industrial Liqht and Magic firmalarının Vr ilə məşğul olduğu ilk zaman deyil. 2 il əvvəl Trials of Tattoine adlı oyunu HTC Vive üçün bazara çıxaran firmalar, Secrets of the Empire adındakı bir oyunu keçirmək üçün The Void ilə çalışmışdı. Secrets of the Empire isə ötən il Disneylandda insanlara təqdim olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır