Robot meduzalar vəzifəyə hazırdır!

  • 21 Sentyabr 2018

Bir növ "su altı drone" u olan bu robotlar, yox olma təhlükəsi altında olan mərcan qayalıqları üçün gözətçi vəzifə götürəcək.

Florida Atlantik University tərəfindən istehsal olunan robotların hidravlik caynaqları diqqət çəkir. 20 santimetr uzunluğundakı robotlar elastik quruluşu ilə diqqət çəkərkən robotların dizaynı üçün ay meduzaların sürfə dövründəki şəkli istifadə edilib. Bu məqsədlə istifadə olunan robot sualtı gəmi vasitələrinin ekosistemə zərər vermə təhlükəsi olduğunu qeyd edən mütəxəssislər, elastik quruluşu və hərəkət tərzi robot meduzaların bu vəzifə üçün daha uyğun olduğunu bildirdilər.

Meduzaların hərəkət sistemindən bəhrələnən bu robotlar, silisiumdan ibarət səkkiz orqanın nasoslar vasitəsilə suyu içinə çəkib sonra buraxması hərəkətini həyata keçirir.

Daha əvvəl Texas Universiteti tərəfindən 1.7 metr böyüklüyündə robot bir meduza istehsal edildiyi ifadə olunarkən 20 santimetrelik prototip kiçik və çevik strukturu diqqət çəkir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır