“PlayStation” qurğusunun kiçildilmiş surəti buraxılacaq (VİDEO)

  • 20 Sentyabr 2018

Chip.azi “NEWSru” resursuna istinadən yazır ki, yeni qurğunun ölçüsü orijinal “PlayStation” konsolundan təxminən iki dəfə kiçik olsa da, xarici görünüşünə görə oxşar olacaq. Qurğu dəstinə “HDMI” kabeli və iki idarəetmə coystiki daxildir, lakin istifadə üçün 5V-luq “USB AC” adapter də tələb olunur.  

“PlayStation Classic” konsolunun satışlarına dekabrın 3-dən etibarən başlamaq nəzərdə tutulur. Qiyməti 99 dollar təşkil edəcək qurğu üçün ilkin sifarişlər isə artıq indidən qəbul edilir.

Yeni “PlayStation Classic” konsolunda o vaxtın 20 məşhur oyunu, o cümlədən “Final Fantasy VII”, “Jumping Flash”, “Ridge Racer Type 4”, “Tekken 3” və “Wild Arms” əvvəlcədən quraşdırılacaq. Konsola əvvəlcədən quraşdırılacaq oyunların tam siyahısı sonradan açıqlanacaq.




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır