Rostov zooparkında robot-kassir işə başlayıb

  • 20 Sentyabr 2018

Chip.az“ria.ru” resursuna istinadən yazır ki, robot-kassir ziyarətçiləri qarşılayacaq, onlara zoopark haqda məlumat verəcək, giriş üçün bilet satacaq, həmçinin zooparkın saytından satın alınmış biletləri çap edəcək. Bundan başqa, istehsalçıların məlumatına görə, “WayBot” robotu zooparkda olan heyvanlar  haqda aktual xəbərləri sensor ekrana çıxara və keçiriləcək tədbirləri elan edə bilir.
 
Bildirək ki, cari ilin fevralında ictimaiyyətə təqdim edilmiş “WayBot” robotu təkrarlanan əməliyyatlar vaxtı (xidmət haqqı, konsultasiyalar, ekskursiyalar, naviqasiyada kömək, bilet və şəkillərin çapı) insanı əvəz etmək məqsədilə hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Tövsiyə Edilən Xəbərlər